İnsanlara hürriyət, millətlərə istiqlal!

Mixail Qorbaçov xəstəxanaya yerləşdirilib: şəkərli diabet, böyrək və yaddaş problemləri var

SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov xəstəxanaya yerləşdirilib.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Rusiya Elmlər Akademiyasının müxbir üzvü Ruslan Qrinberq “Zvezda” telekanalına müsahibəsində keçmiş SSRİ prezidenti Mixail Qorbaçovun durumundan danışıb. O, keçmiş prezidentin hazırda Moskva Mərkəzi Klinik Xəstəxanaya yerləşdirildiyini bildirib.

O, 91 yaşlı Qorbaçov şəkər xəstəsi olduğunu, böyrəklərində problem yarandığını, dializdən keçdiyini söyləyib. “Onun gücü azdır. Nadir hallarda qalxır. Artıq yaddaşında unutqanlıqlar peyda olub”, – deyə iqtisadçı söyləyib.

Ruslan Qrunberq, SSRİ-nin keçmiş prezidentinin üç ilə yaxındır xəstəxanada yaşadığını qeyd edib.

Mixail Qorbaçov 1990-cı il martın 15-dən 1991-ci il dekabrın 25-dək SSRİ-nin ilk və sonuncu prezidenti olub. Bundan əvvəl o, Sov.İKP MK-nın sonuncu baş katibi və SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri postlarını tutub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR