İnsanlara hürriyət, millətlərə istiqlal!

MİT PKK-nın rəhbər şəxsini məhv etdi

Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) İraqın şimalında - Sincar bölgəsində keçirdiyi yeni anti-terror əməliyyatı nəticəsində Saad Ali Bedel məhv edilib.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, Saad Ali Bedel PKK/KCK terror təşkilatının Sincar qruplaşmasının hərbi rəhbəri olub.

Qeyd olunur ki, "Çeko Pir" kod adlı Bedelin Sincardakı fəaliyyətlərini izləmək üçün xüsusi qrup təyin edən MİT terrorçunun yezidilərlə birlikdə yaşadığını müəyyən edib.

Daha sonra o, xüsusi əməliyyatla zərərsizləşdirilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR