İnsanlara hürriyət, millətlərə istiqlal!

Misirdə binanın çökməsi nəticəsində 4 nəfər həlak olub

Misirin Beheyra əyalətinin Dəmanhur şəhərində qaz borusunda baş verən partlayış zamanı yaşayış binasının çökməsi nəticəsində 4 nəfər həlak olub, 25 sakin yaralanıb. Həyatını itirənlər arasında azyaşlı da var.

AZƏRTAC “Əl Əhram” nəşrinə istinadla xəbər verir ki, hadisə yerinə 18 təcili tibbi yardım briqadası cəlb olunub. Binanın dağıntıları altından çıxarılan yaralılar Dəmanhur xəstəxanasına çatdırılıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Beheyra əyalətinin prokurorluğu insidentlə bağlı təhqiqat aparır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR