Onlayn ictimai-siyasi qəzet
Misirin Nümayəndələr Palatası (parlamentin aşağı palatası) yeni hökumətin təqdim etdiyi fəaliyyət proqramını təsdiqləyib və Mustafa Madbulinin başçılıq etdiyi Nazirlər Kabinetinə etimad edildiyini təsdiqləyib.
“Report” xəbər verir ki, bu barədə “Əl-Qahirə əl-İhbariyyə” telekanalı məlumat yayıb.
“Misir parlamentinin spikeri Hənəfi əl-Qəbali Nümayəndələr Palatasının Madbuli hökumətinin təqdim etdiyi proqramı təsdiqlədiyini açıqlayıb və deputatların ona etimadını ifadə edib”, - telekanal qeyd edib.
Bildirilir ki, parlament iclası Misir hökumətinin başçısı və kabinetdəki əksər nazirlərin iştirakı ilə baş tutub.
Xatırladaq ki, iyulun 3-də ölkə prezidenti Əbdül Fəttah əs-Sisinin iştirakı ilə Misirin yeni hökumətinin andiçmə mərasimi keçirilib.
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ