İnsanlara hürriyət, millətlərə istiqlal!

Misir BMT məhkəməsində CAR-ın İsrailə qarşı iddiasına qoşulub

Misir Cənubi Afrika Respublikasının Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı qaldırdığı iddiasına qoşulacaq.

“Report” xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

“Misir Ərəb Respublikası Cənubi Afrika Respublikasının İsrailə qarşı Beynəlxalq Ədalət Məhkəməsinə qaldırdığı işdə rəsmi şəkildə iştirak etmək niyyətini açıqlayır”, - bəyanatda deyilir.

Qərar “gərginliyin artması və İsrailin Qəzza zolağının Fələstin mülki əhalisinə qarşı təcavüzünün miqyası” ilə əlaqədar qəbul edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR