Onlayn ictimai-siyasi qəzet
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, həmsöhbətlər Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesindəki son hadisələri, o cümlədən sülh müqaviləsi layihəsinin əsas məsələlərinə yanaşmaları və onların razılaşdırılması səylərini müzakirə ediblər.
Nazir Mirzoyan 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında hər iki ölkə tərəfindən ən yüksək səviyyədə ifadə olunmuş ərazi bütövlüyünün qarşılıqlı tanınmasının müqavilə və delimitasiya prosesində təsbit edilməsinin vacibliyini vurğuladı. Bu kontekstdə Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası və sərhəd təhlükəsizliyi komissiyalarının son iclaslarında əldə olunan razılaşmalar da vurğulanıb.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ