İnsanlara hürriyət, millətlərə istiqlal!

Mirzoyan İranın yeni səfirinə Azərbaycandan şikayətləndi  

İyulun 22-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İran İslam Respublikasının Ermənistan Respublikasına yeni təyin olunmuş səfiri Mehdi Sobhanini etimadnaməsinin surətlərinin təqdim olunması ilə əlaqədar qəbul edib.

Musavat.com bu barədə Ermənistan mediasına istinadən xəbər verir. Xarici İşlər Nazirliyindən bildirilir ki, Mirzoyan Mehdi Sobhanini vəzifəyə təyin olunması münasibətilə təbrik edib, səfirin iki dost və qonşu ölkə arasında əlaqələrin daha da inkişafına mühüm töhfə verəcəyinə ümid etdiyini bildirib.

Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanması ətrafında son müzakirələrə toxunan Ararat Mirzoyan vurğulayıb ki, erməni tərəfinin səyləri Cənubi Qafqazda bütün region xalqları üçün faydalı olacaq davamlı sülhün bərqərar olmasına yönəlib. Tərəflər mövcud problemlərin sülh yolu ilə və danışıqlar yolu ilə həllinin vacibliyini vurğulayıblar. A.Mirzoyan ənənəsinə sadiq qalaraq yenə də Azərbaycanın əleyhinə saxta ittihamlar səsləndirib, Laçın yolunun guya bağlandığı barədə şər-böhtanlarını səsləndirib.

Qeyd edək ki, İranın Ermənistandakı yeni səfiri Mehdi Sobhani İrəvana səfər etməzdən öncə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianla görüşərək ondan təlimatlar almışdı. Bildirilirdi ki, səfir görüşdə öz iş proqramını İran xarici işlər nazirinə təqdim edib, İran xarici işlər naziri də “qonşuluq siyasətinin prioritetinə toxunaraq lazımi tapşırıqlar verib”.

Yeri gəlmişkən, Mehdi Sobhani İranın Azərbaycandakı səfirliyinin 2-ci katibi, Ukraynadakı səfirinin müavini, Türkmənistandakı səfirin müavini, Pakistanın Karaçi şəhərində baş konsul, İranın Suriyadakı səfiri, İran XİN-in Qərbi Asiya İdarəsinin baş direktoru və nazirliyin Strategiya İdarəsinin baş direktoru vəzifəsində çalışıb. Bundan əvvəl İranı Ermənistanda Abbas Bədəxşan Zohuri təmsil edirdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR