Onlayn ictimai-siyasi qəzet
"Biz Qarabağ ermənilərindən gələcəkləri ilə bağlı danışıqlar aparmaq üçün mandat almamışıq".
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı deyib.
“Ona görə də onların statusu ilə bağlı məsələni həll etmək hüququmuz yoxdur, biz buna iddia etməmişik və etməyə də çalışmırıq. Bizə görə rəsmi Bakı və Qarabağ erməniləri (Mirzoyana görə “Dağlıq Qarabağ xalqı”-red.)” arasında dialoq üçün hər hansı zəmin yaranması bu sülhün gerçəkçi, real və uzunmüddətli olması mümkün deyil”,-deyə Ermənistan xarici işlər naziri qeyd edib.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ