İnsanlara hürriyət, millətlərə istiqlal!

Mirzoyan AŞ-dan kömək istədi- Böhtan dolu açqlama

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa Şurasının insan haqları üzrə komissarı Maykl O'Flaherti ilə görüşüb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, görüşdə Ermənistanda aparılan demokratik islahatlardan danışılıb.

Mirzoyan deyib ki, Cənubi Qafqazdakı çətinliklərə və geosiyasi hadisələrin təsirinə baxmayaraq, hökumət beynəlxalq mexanizmlərdən istifadə etməklə islahatları davam etdirir.

Görüşdə Ermənistan xarici işlər naziri böhtan dolu qərəzli açıqlamalarından da qalmayıb. Belə ki, o guya Azərbaycanın etnik təmizləməsi nəticəsində "Dağlıq Qarabağ"dan məcburi köçkün düşmüş 100 mindən çox erməninin ehtiyac və hüquqlarının ödənilməsi istiqamətində Ermənistan hökumətinin səylərini təqdim edib. Həmçinin humanitar xarakterli məsələlər, o cümlədən Azərbaycanın saxladığı erməni hərbi əsirlərin və girovların azad edilməsi məsələsi qaldırılıb.

Afaq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR