Onlayn ictimai-siyasi qəzet
Ermənistanın siyasi səhnəsində üç rol var - iqtidar, müxalifət və kilsə. Demokratik cəmiyyətlərdə, ölkələrdə iqtidar və müxalifət olur. Ancaq bu ölkədə bir çox məsələlər hələ də başayaq vəziyyətdədir.
İqtidar, yəni Nikol Paşinyanın başçılıq etdiyi hökumət hələ də çıxış yolu tapmaqda çətinlik çəkir, Azərbaycanla münasibətlərin normallaşması üçün üzərinə götürdüyü öhdəliklərə əməl etməmək üçün daim müxtəlif bəhanələr gətirir.
Rəsmi İrəvan ölkənin təcavüzkar, işğalçı mahiyyətli konstitusiyasına yenidən baxıb günün tələblərinə uyğunlaşdırmaqdansa, Azərbaycanın da öz əsas qanununa nəzərə yetirmək istədiyini iddia edir. Yaxud “Türkiyənin Ermənistandan heç bir tələbi yoxdur” deməklə iqtidar nümayəndəsi saxtakarlıq edir.
Müharibədən üç il yeddi aya yaxın vaxt keçib. Ermənistan hakimiyyəti atəşkəs bəyanatında üzərinə götürdüyü öhdəliklərə hələ də əməl etmir. Rəsmi Bakı qarşı tərəfə bir neçə dəfə sülh təklifi irəli sürüb. Ermənistan iqtidarı da özünü işgüzar göstərmək məqsədi ilə Azərbaycanın hərəkətlərini təkrarlayır.
Onların başqa istiqamətdə davranışlarında da qeyri-müəyyənlik davam edir. Məsələn, iqtidar iddia edir ki Rusiyanın sponsorluq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında fəaliyyətini dondurub. Təşkilatdan isə bildiriblər ki, nizamnamədə fəaliyyəti dondurmağa dair maddə yoxdur. Bununla belə rəsmi İrəvan yenə də Moskvanın himayədarlığı və təşəbbüsü ilə yaradılan Avrasiya İqtisadi İttifaqına üzvlükdə qaldığını bildirir. Yəni bu iqtidar çox səbatsız bir durumdadır.
Heç müxalifət də hökumətdən fərqlənmir. Bu təbəqə təşəbbüssüz, ideyasız bir qrup ictimai, siyasi və hərbi xadimlərdən ibarət qəbiristanlığı xatırladır. Bu meyit toplumun fəaliyyət göstərmək gücü, qüvvəti, heyi olmadığından onlara alayarımçıq dini savadı olduğu iddia edilən Baqrat Qalstanyan liderlik edir. Bu keşiş daha çox dələduzu xatırladır. Yürüşlər və mitinqdəki çıxışları onu daha çox ifşa edir. O, həm də ümumerməni katolikosu II Qaregenin nümayəndəsi sayılır.
Ermənistan KİV-in yaydığı məlumata görə, “Vətən uğrunda Tavuş” hərəkatının təşkil etdiyi etiraz aksiyalarında iştirak üçün pul paylanması sosial şəbəkədə müzakirə olunub. Bu barədə telefon danışığının səs yazısı ilə əlaqədar cinayət işi başlanıb. Qeydə alınan söhbətin iştirakçıları və aidiyyəti olan başqa şəxslər müəyyən edilib. Bir sıra zəruri istintaq və prosessual hərəkətlər, o cümlədən axtarışlar aparılıb. Nəticədə istintaqı maraqlandıran predmetlər, əşyalar, o cümlədən qrafalarda yazılan şəxslərin adları və adların qarşısında ödənilmiş məbləğlər aşkar olunub.
Bu, Qaregenin və Barqatın qapısına dələduzluğa görə vurulan ilk qoldur.
Ümumerməni dələduz katolikos və onun nümayəndəsi meyit siyasi qüvvələrdən iqtidara qarşı istifadə etməyə çalışır. Baqrat özünü revanşist sayır. “Bəli, özümü revanşist sayıram, ömrümün son saniyəsinədək belə yaşayacam”, - o deyib.
Görünür, bu dələduz keşiş (bəlkə ruscası daha güclü ifadə edir - moşennik) istifadə etdiyi ifadənin mənasını bilmir. Revanşizm - fransız dilində “revanche” sözündən götürülüb, “intiqam”, “qisas”, “heyif çıxma” mənasındadır. Belələri uğradığı hərbi və siyasi məğlubiyyətlərin nəticələrini yenidən nəzərdən keçirərək intiqam almaq istəyirlər. Bütün hallarda revan həm də “əvəzçıxma” deməkdir. Bu söz ilk dəfə 1870-ci illərdə Fransada işlədilib. Yelisey sarayının Fransa-Prussiya müharibəsindən sonra Almaniyaya verilmiş Elzas Lotaringiya torpaqlarını geri qaytarmaq cəhdini ifadə edib. Həmin dövrdə Fransanın məğlubiyyətinə dair alçadıcı çoxlu rəsm əsərləri çəkilib və ölkədə geniş yayılıb. İkinci Dünya Müharibəsində İtaliya faşistlərinin lideri Mussolini də məğlubiyyətin əvəzini çıxmaq üçün revanşa cəhd göstərib.
Bu baxımdan, Ermənistanda reşvanşistlər indiki şəraitdə bəlli hadisə ilə bağlı Fransanı və Mussolinini xatırladırlar.
Qaregen və Baqrat meyitləri, ölü siyasi, hərbi xadimləri dirildib. Öz sıralarını genişləndirməklə də məşğuldurlar. Qalstanyan bildirib ki, keçmiş prezident Serj Sarqsyanla görüşüb. Yeri gəlmişkən, Ermənistanın bu sabiq dövlət başçısı Baqrata baş nazir olması üçün Kanada vətəndaşlığından yan keçməklə bağlı dələduzluğun yollarını da öyrədib.
Onun diriltmək istədiyi ölülərin siyahısına nəzər yetirək; keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarqsyan, II Qaregin, kemçmiş müdafiə naziri Seyran Ohanyan, Baş Qərargahın keçmiş rəisi Onik Osipyan, 6 aylıq xarici işlər naziri Ara Ayvazyan, əməkdar artist, 2018-ci ilədək Sarqsyanın partiyasından deputat olmuş Şuşan Petrosyan, 2016-cı ildən 2022-ci ilədək Ermənistanın baş prokuroru olmuş Artur Davtyan, habelə “Erməni səlibçiləri hərəkatı”nın lideri, silah qaçaqmalçısı Artur Asatryan (ləqəbi “Don Pipo”), Vitali Balasyan, Naira Zoqrabyan, İqor Xaçaturov, İşxan Saqatelyan, valeri Osipyan, Artak Beqlaryan. Ruben Karapetyan və s.
Baqrat fəaliyyəti ilə Cəlil Məmmədquluzadənin “Ölülər” pyesindəki Şeyx Nəsrullahı yada salır. Baqrat da şeyxlə eyni ölkədən, İrandandır. Verdiyi vədlərlə bir-birinə daha çox oxşayırlar. Onun meydanda Paşinyana istefa tələbi “xub get, sən də fikirləş”i xatırladır. Nəsrullahın ölü diriltmək mərəkəsi lap Qalstanyanın Ermənistanın keçmiş dövlət məmurlarını yenidən hakimiyyətə gətirmək istəyinə oxşayır. Onu da qeyd edək ki, Şeyx Nəsrullah ölüləri məhz İrəvanda diriltmək istəyirdi. Baqrat bu xüsusiyyətinə görə də Mirzə Cəlilin qəhrəmanına oxşayır.
C.Məmmədquluzadə pyesin Qoqola həsr olunduğuna işarə edərək yazıb: “Allah sənə rəhmət eləsin, Qoqol”. Mirzə Cəlil bununla “Müfəttiş”ə işarə edib. Ermənilər, heç olmazsa, indi “Ölüləri” oxusa, onda Baqratın aksiyasına diqqətlə baxıb yəqin belə deyərdi: “Hayestvas, Mirzə Cəlil” - “Qəbrin nurla dolsun, Mirzə Cəlil”.
Sədrəddin İsmayılov,
Report
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ