İnsanlara hürriyət, millətlərə istiqlal!

Mirmahmud Mirəlioğlu karantindədir

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu səhhətində yaranmış problemlərə görə, hazırda ev şəraitində müalicə alır.

Musavat.com xəbər verir ki, bu barədə Teleqraf-a Mirmahmud Mirəlioğlu səhhətində yaranan problemlərdən danışarkən bildirib.

“Bütün dostlara salam olsun. 3 ay öncə xəstəxanadan çıxmışam. Hazırda karantin və bərpa dövrü davam edir”, - deyə söyləyib.

Qeyd edək ki, o, bir müddət öncə Türkiyədə orqanizmində yaranmış şişin götürülməsi ilə bağlı əməliyyat olunmuşdu.

Mirmahmud Mirəlioğlu 1956-cı il sentyabrın 1-də Yardımlı rayonunda doğulub.

Milli Məclisinin I və II çağırış deputatı olub. 2006-cı ildən Klassik Xalq Cəbhəsi Partiyasının sədridir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR