İnsanlara hürriyət, millətlərə istiqlal!

Minik maşını ilə yük avtomobili toqquşub, 3 nəfər ölüb - YENİLƏNİB

Saray qəsəbəsində baş verən qəzada ölənlərin sayı artıb.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə zamanı 2018-ci ildə anadan olmuş Hüseynli Zəminə, 2007-ci ildə anadan olmuş Allahverdiyeva Məryəm və 1974-cü ildə anadan olmuş Afət adlı şəxs dünyasını dəyişib.

Qəza nəticəsində 2019-cu ildə anadan olmuş Hüseynli Mehdi, 2016-cı ildə anadan olmuş Hüseynli Hüseyn, 1984-cü ildə anadan olmuş Hüseynova Nərminə, və 1989-cu ildə anadan olmuş hüseynli Nurəngiz xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Məlumata görə dünyasını dəyişən Məryəm Rusiyada təhsil alırmış. O, Azərbaycana sənəd düzəltmək üçün gəlib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

26 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR