Onlayn ictimai-siyasi qəzet
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Mingəçevir şəhəri, N.Nərimanov küçəsində bir nəfər yaşlı qadının təmirdə olan birmərtəbəli obyektin zirzəmisinə düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir şəhər Yanğından Mühafizə Dəstəsinin qüvvələri hadisə yerinə cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1951-ci il təvəllüdlü R.Osmanova dərinliyi 2 metr olan zirzəmidə köməksiz vəziyyətə qalıb.
Yanğınsöndürən-xilasedicilər müvafiq vasitələrdən istifadə etməklə vətəndaşı zirzəmidən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ