İnsanlara hürriyət, millətlərə istiqlal!

Minaya düşərək şəhid olan hərbçi dəfn edildi- VİDEO

Xəbər verdiyimiz kimi, dünən Kəlbəcər rayonunun Çıraq kəndində minaya düşərək şəhid olan gizir Hümbətov Zöhrab Məmməd oğlunun nəşi Tovuz rayon Aşağı Quşçu kəndinə gətirilib.

Musavat.com xəbər verir ki, şəhidlə vida mərasimi keçirilib. Mərasimdə şəhidin yaxınları, hərbçi yoldaşları və rayon sakinləri iştirak ediblər. Vida mərasimindən sonra şəhid Aşağı Quşçu kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, 1984-cü il təvəllüdlü Z.Hümbətov 10 ildən çoxdur, hərbçi idi. O, 3 uşaq atası olub. 

Xatırladaq ki, Kəlbəcərdə ermənilərin basdırdığı minanın partlaması nəticəsində daha bir neçə hərbçi də xəsarət alıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR