İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Qəhrəmanın qardaşı: "Yandırıb, külünü mənə göndərdilər"

"Qardaşım Hidayət Rüstəmov polis nəfəri kimi Meşəli kəndinə ezam olunmuşdu. Dekabrın 24-də mənim qardaşımı yandırıb, külünü gətirdilər".

Musavat.com xəbər verir ki, bu sözləri Yasamal Rayon Məhkəməsində Xocalının Meşəli kəndində azərbaycanlılara qarşı soyqırım törətməkdə təqsirləndirilən erməni Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə prosesində zərərçəkmiş Arzu Rüstəmov deyib.

Onun sözlərinə görə, meyiti gətirən şəxslər bildiriblər ki, qardaşını yandırıblar:

"Getdim gördüm ki, yanmış avtomat, bir də bir az kül var. Dedilər ki, bu, qardaşının külüdür. Vaqif Xaçatryana ən yaxşı cəza asılmaqdır".

Qeyd edək ki, Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Rüstəmov Hidayət Eldar oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

MİLLİ.jpeg (11 KB)

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR