İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclisin yaz sessiyası yekunlaşdı

Mayın 31-də Milli Məclisin yaz sessiyası yekunlaşdı. Qanunvericiliyə əsasən, fevralın 1-də işə başlayan sessiya bu gün sonuncu plenar iclasını keçirdi.

Spiker Sahibə Qafarova yekun nitqində bildirdi ki, yaz sessiyası dövründə ümumilikdə 13 plenar iclas keçirilib, yeni qanun layihələri hazırlanaraq qəbul edilib.

Parlament sədri qeyd etdi ki, sessiya ərzində 70 qanun və qərar, o cümlədən 1 konstitusiya qanunu qəbul edilib: “28 ölkəyə 50-dən çox səfər həyata keçirilib. Səfərlərdə 95 deputat istirak edib. Milli Məclis sədrinin 6 ölkəyə rəsmi, 1 ölkəyə işgüzar səfəri olub. Parlamentdə isə 15 ölkənin rəsmiləri ilə görüşlər keçirilib. 2 ölkənin qanunvericilik orqanları ilə Milli Məclis arasında əməkdaşlıq sazişi imzalanıb”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR