İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclisin qarşısında planlaşdırılan aksiya ilə bağlı DİN-dən AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) bir qrup şəxs tərəfindən sentyabrın 30-da Milli Məclisin qarşısında aksiya təyin olunmasına dair yayılan məlumatlara münasibət bildirib.

DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov "Qafqazinfo"nun sorğusuna cavab olaraq deyib ki, hər hansı razılaşdırılmamış aksiyanın qarşısı alınacaq:

“Aksiya barədə Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilib. Müraciətə baxılıb və aksiyanın keçirilməsinin məqsədəuyğun olmaması barədə təşkilatçılara rəsmi cavab verilib. Buna görə də, razılaşdırılmamış hər hansı aksiyanın və ya yürüşün keçirilməsinə cəhd edilərsə, bu qanunsuz hesab olunacaq və qarşısının alınması üçün zəruri olan bütün tədbirlər görüləcəkdir. İctimai asayişin pozulmasına yönəlmiş bu cür cəhdlərin qarşısı alınarkən polislərlə qanunsuz aksiyanın iştirakçıları arasında baş verə biləcək bütün hadislərin məsuliyyəti aksiya təşkilatçılarının üzərinə düşəcək".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR