İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclisin qanunvericilik işləri planı təsdiqləndi

Milli Məclisin payız sessiyasının ilk iclasında parlamentin 2022-ci il payız sessiyasının qanunvericilik işləri planı qəbul edilib. Spiker Sahibə Qafarovanın giriş nitqindən sonra bununla bağlı layihə parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. Qanunvericilik işləri planına 10 məsələ daxil edilib:

1. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri;

2. Azərbaycan Respublikasının dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri;

3. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin tövsiyələri nəticəsində hazırlanmış qanun layihələri;

4. “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi;

5. “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi;

6. “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsi;

7. “Dövlət-özəl sektor tərəfdaşlığı haqqında” qanun layihəsi;

8. “Ali təhsil haqqında” qanun layihəsi;

9. “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi;

10. Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi haqqında qanun layihələri.

 Layihə səsə qoyularaq, qəbul edilib.

 E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR