İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclisin iclası başlayıb

Milli Məclisin növbəti iclası öz işinə başlayıb. Birinci vitse-spiker Əli Hüseynlinin sədrliyi ilə keçirilən iclasda əvvəlcə cari məsələlər ətrafında çıxışlar oldu.

Deputat Tural Gəncəliyev regionumuzda və dünyada mövcud olan mürəkkəb siyasi durumu və Azərbaycanın yaratdığı reallıqları sinirə bilməyən bəzi qüvvələrin təhdidlərindən bəhs etdi. Bildirdi ki, buna baxmayaraq, Azərbaycan təmsil olunduğu və olunmadığı qurumlarda öz təsir gücünü artırmaqdadır. Bu mənada Azərbaycanın Türk Dövlətləri Təşkilatları çərçivəsində aparılan işlərdən bəhs etdi. Azərbaycan Prezidentinin Türk dövlətlərinə uğurlu səfərlərini xüsusilə qeyd etdi. Deputat dedi ki, Azərbaycan dövləti Türk Dövlətləri Təşkilatında önəmli rol oynayır.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR