İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclisin ən gənc və yaşlı deputatı kimdir?

Seçki günü (1 sentyabr) açıqlanan ilkin nəticələrə görə Milli Məclisdə kimlərin oturacağı artıq demək olar ki, bəllidir.

Bu dəfə bəzi dəyişikliklər görsək də , 6-cı, 7-ci dəfə deputat seçilənlər də az olmadı.

ziyad-samadzade.jpg (56 KB)

Musavat.com parlamentin ən gənc və yaşlı deputatının adını təqdim edir:

Açıqlanan nəticələrə görə parlamentin ən yaşlı deputatı Ziyad Səmədzadə olacaq. Onun hazırda 84 yaşı var. 3, 4, 5, 6 və indi də 7-ci çağırış deputat olacaq. Akademik Ziyad Səmədzadə Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri olub.

23 saylı Nəsimi-Səbail seçki dairəsindən namizədliyi irəli sürülüb, siyahıya görə 52 faiz səslə öndədir.

16274653414391011711_1200x630.jpg (83 KB)

Ən gənc deputat isə 31 yaşlı Səbinə Xasayevadır. Onun namizədliyi 11 saylı Binəqədi-Qaradağ seçki dairəsindən irəli sürülüb. 68.4 faiz səslə öndədir. Səbinə Xasayeva 6-cı çağırış Milli Məclisə deputat seçilib. YAP Gənclər Birliyi İdarə Heyətinin üzvüdür.

Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR