İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclisin deputatı İrana gedir - Səbəb?

Milli Məclisin deputatı, Asiya Parlament Assambleyasında Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini İlham Məmmədov Tehrana səfərə gedir.

Musavat.com bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir.

Məlumata görə, deputat Asiya Parlament Assambleyasının (APA) tədbirlərinə qatılmaq üçün iyulun 10-da İran İslam Respublikasının Tehran şəhərinə səfər edəcək.

Millət vəkili səfər çərçivəsində APA-nın Büdcə və planlaşdırma üzrə daimi komitəsinin və Nizamnamə sənədləri üzrə işçi qrupunun iclaslarında iştirak edəcək.
Səfər iyulun 12-də başa çatacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR