İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclisdən Rusiya ilə bağlı QƏRAR - Mirmahmud Mirəlioğlu ilə "Canlı debat"

"Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 36 900, son sutkada isə 250 hərbçisi məhv edilib”.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, həmçinin son sutkada Rusiya Silahlı Qüvvələrinin 35 tankı məhv edilib.

Məlumatda vurğulanıb ki, indiyədək Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1637 tank, 3811 zirehli maşın, 828 artilleriya sistemi, 247 reaktiv yaylım atəşi sistemi, 107 hava hücumundan müdafiə sistemi, 217 təyyarə, 187 helikopter, 669 operativ-taktiki PUA, 155 qanadlı raket, 15 gəmi/qayıq, 2685 avtomobil və avtoçən, 66 xüsusi texnikadan ibarətdir.

Bildirilib ki, Rusiya ordusu daha çox Kramatorsk istiqamətində itkilər verib.

Ukrayna Prezident Ofisi Rusiya Prezidenti Vladimir Putinin Ukraynada müharibə ilə bağlı fikirlərinə münasibət bildirib.

Ofis rəhbərinin müşaviri Oleksey Arestoviç “UKRLİFE” TV-yə müsahibəsində deyib ki, Rusiyanın qarşısıalınmaz hücumları artıq arxada qalıb.

O söyləyib ki, Rusiya müharibəni başlamayıb, ancaq artıq bitirir: “2-3 həftəyə, uzağı ayyarıma Rusiyanın hücum cəhdləri ilə bağlı hay-küylər kəsiləcək”.
Qeyd edək ki, ötən gün V.Putin bildirib ki, Rusiya Ukraynada ciddi işə hələ başlamayıb.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 12.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu olacaq. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat



Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR