İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclisdə Avropa Parlamentinə etiraz


Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb.

Musavat.com xəbər verir ki, iclasda çıxış edən deputat Tural Gəncəliyev bildirdi ki, bu gün Avropa Parlamentində Azərbaycanla bağlı guya "ermənilərin hüquqlarının pozulması, Azərbaycanda insan azadlıqlarının vəziyyəti" adlı dinləmələr keçirilir.

Bunu qəbulolunmaz sayan T. Gəncəliyev söylədi ki, Milli Məclisdə Qərbi Azərbaycanla bağlı təşəbbüs qrupunun yaradılması təqdirəlayiq haldır.

Deputat qeyd etdi ki, əslində Qərbi Azərbaycanlıların hüquqları müzakirə mövzusu olmalıdır. "Məhz Avropa Parlamenti Ermənistandan tələb etməlidir ki, Azərbaycana vurulmuş zərəri ödəməyin vaxtıdır", deyən T. Gəncəliyev vurğuladı ki, vaxtilə Almaniyanın qarşısında vurduğu ziyanın ödənilməsi barədə tələb qoyulmuşdu.

E. Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR