Onlayn ictimai-siyasi qəzet
Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında “Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında” məsələyə baxılıb və məsələ plenar iclasa tövsiyə edilib.
Musavat.com bildirir ki, ötən gün Prezident İlham Əliyev Baş prokuror vəzifəsinə yenidən Kamran Əliyevin namizədliyini irəli sürüb.
Qeyd edək ki, bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək və çox güman ki, Baş prokurorun namizədliyinə baxılacaq. Adətən, parlamentin plenar iclasları iki və ta beşinci günləri keçirilirdi, bu dəfə fərqli gün seçilib.
Məlumata görə, artıq gündəliyə dəyişiklik edilib.
Xatırladaq ki, Ədliyyə general-polkovniki Kamran Əliyev Azərbaycan Prezidentinin 1 may 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycanın Baş prokuroru təyin edilmişdi.
Musavat.com
01 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ