İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclis Ağdərə rayonunun bərpası barədə sənədi TƏSDİQLƏDİ

Milli Məclisdə “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılaraq qəbul olunub.

Musavat.com bildirir ki, qanun layihəsini Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov təqdim edib. Deputatlar layihəni dəstəkləyiblər və fikirlərini bölüşüblər.

Deputat Aqil Abbas bildirib ki, 1992-ci ildə ləğv edilən Ağdərə rayonunun bərpası barədə qərara görə çox sevinir:

“Mən bütün ağdərəlilərin əvəzindən sevinirəm. Mənim üç babamın qəbri Ağdərədədir. Vaxtilə bildirirdim ki, Xocalının bir kəndi bizdə olmadığı halda, Xocalı rayonu var, amma Ağdərənin 11 kəndi bizdə olduğu halda, Ağdərə rayonu yoxdur. Ona görə də Ağdərə rayonunun bərpa olunması haqqında möhtərəm prezidentin təqdim etdiyi qanun layihəsini müdafiə edirəm və təşəkkürümü bildirirəm”.

Spiker Sahibə Qafarova xatırlatdı ki, ərazilərimiz işğaldan azad olunmasaydı, biz hazırda bu məsələyə baxa bilməzdik: Ona görə də Ali Baş Komandanın, ordumuzun xidmətlərini hər zaman vurğulamalıyıq.

Layihə səsverməyə çıxarılaraq qəbul olunub. Eyni zamanda Azərbaycan Respublikasının Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi təsdiqlənib.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR