İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Hidrometeorologiya Xidmətinin inzibati binasında Situasiya Mərkəzi fəaliyyətə başlayıb-FOTO  

 

 

Milli Hidrometeorologiya Xidmətinin inzibati binasında Situasiya Mərkəzi fəaliyyətə başlayıb.

Musavat.com xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirdi ki, dövlət investisiyası layihələri və beynəlxalq təşkilatların dəstəyi çərçivəsində Milli Hidrometeorologiya Xidmətində ölkədə təhlükəli atmosfer hadisələrinə dair Erkən Xəbərdarlıq Sisteminin yaradılması məqsədilə ilk addım kimi iki ədəd yeni Doppler hava radar sistemlərinin (Şamaxı və Göygöldə) tətbiqindən sonra Situasiya Mərkəzi yaradılıb:

rtgtrgrtgtr.jpeg (105 KB)

"Mərkəzdə yerüstü müşahidə stansiyaları şəbəkəsindən Radar, Yeni Avtomat Meteoroloji, Avtomat Hidroloji və Avtomat Dəniz Stansiyalarından məlumatların mərkəzləşmiş qaydada toplanması və operativ kompleks təhlili təmin edilir. Hidrometeoroloji proqnozların və erkən xəbərdarlıq sistemlərinin (hidroloji proqnozlar, gözlənilməz daşqın və sel proqnozları) təkmilləşdirilməsi hava şəraitinə və su ehtiyatlarının vəziyyətinə həssas olan ölkə əhalisinə və bütövlükdə ölkənin iqtisadiyyatına maksimum xidmət edir. Son illər ərzində ümumilikdə 57 yeni müasir tələblərə cavab verən avtomat müşahidə sistemləri və 37 ədəd müşahidə kameraları tətbiq edilib".

 

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR