İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: "Taliban" Pakistana qarşı genişmiqyaslı HÜCUMA BAŞLADI

Əfqanıstan-Pakistan sərhədində bütün Durand xətti boyunca şiddətli döyüşlər başlayıb.

Musavat.com xəbər verir ki, məlumatı "Tolo news" portalı yayıb.

Məlumatda bildirilir ki, Kunar, Nangarhar və Helmand əyalətlərində şiddətli döyüşlər gedir. "Taliban" qüvvələri bir neçə istiqamətdən Pakistanın sərhəd mövqelərinə hücum edərək, Pakistan qüvvələrinin bir neçə bölgədə geri çəkilməsinə səbəb olub.

Mənbələr bunun İslamabada strateji siqnal olduğunu bildirir.

"CNN-News18" Danqam və Birkot sektorlarından "Taliban" döyüşçülərinin Pakistan mövqelərini artilleriyadan atəşə tutduğunu və 2021-ci ildə tərk edilmiş Amerika hərbi maşınlarında İslam Əmirliyinin bayrağını dalğalandıraraq sərhədə doğru irəlilədiyini göstərən videogörüntülərə giriş əldə edib. Kunar və Nangarhar əyalətlərində 2021-ci ildən bəri müşahidə olunmayan ciddi hərbi eskalasiyadan xəbər verən ağır artilleriya atəşi və pilotsuz təyyarələrin zərbələri başlayıb.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2025

11 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR