İnsanlara hürriyət, millətlərə istiqlal!

İlk dəfə! Elm adamları sağalmaz “Hantinqton xəstəliyini” dayandırdılar

Avropa alimləri dünyada ilk dəfə sağalmaz hesab olunan Hantinqton xəstəliyinin gedişini tam dayandırmağa nail olublar. RTVi-nin məlumatına görə, bu uğur gen terapiyası vasitəsilə əldə edilib və xəstələrə uzun illər sağlam həyat imkanı yaradır.

Musavat.com xəbər verir ki, hantinqton xəstəliyi irsi, genetik mənşəli sinir sistemi pozğunluğudur və avtosom-dominant yolla ötürülür. Yəni xəstəliyi daşıyan valideyndən uşağa keçmə ehtimalı çox yüksəkdir. Statistikaya əsasən, diaqnoz qoyulduqdan sonra xəstə adətən 10–13 il ərzində həyatını itirir. Xəstəliyin əsas əlamətləri qəfil və idarəolunmaz hərəkətlər, qeyri-ixtiyari mimikalar, artmış jestikulyasiya və eyni vəziyyətdə qalmaqda çətinliklərlə müşayiət olunur.

Niderlandlı alimlər xəstəliyin ilk uğurlu müalicə təcrübəsini təqdim ediblər. Onların hazırladığı gen preparatı orqanizmdə zərərli “hantinqtin” zülalını tanıyaraq ona bağlanır və onun səviyyəsini azaldır. Məhz bu zülalın yığılması sinir hüceyrələrinin məhvinə və xəstəliyin ağır gedişinə səbəb olurdu. Yeni müalicə üsulu bu prosesi tamamilə dayandırmağa imkan verib.

Mütəxəssislər bildirirlər ki, bu kəşf gələcəkdə Altsheymer, Parkinson və digər genetik sinir sistemi xəstəliklərinin müalicəsində də mühüm dönüş yarada bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR