Onlayn ictimai-siyasi qəzet
Minnesota Universitetinin 20 illik müşahidəsi göstərib ki, evində pişik saxlayan insanların infarkt nəticəsində ölüm riski 33 faiz azalır.
Musavat.com xəbər verir ki, tədqiqat 4 mindən çox iştirakçı arasında aparılıb və nəticələr pişiklərin insan sağlamlığına real faydasını təsdiqləyib.
Kardioloq Mariano Napoli bildirib ki, pişiklə təmas stressi azaldır, qan təzyiqini və nəbz tezliyini normallaşdırır:
“Pişiklər emosional vəziyyəti sabitləşdirir, ürəyi qoruyur və insanın uzunömürlülüyünə töhfə verir”.
Əvvəllər itlərin ürək-damar xəstəliklərinə qarşı müsbət təsiri vurğulanırdı, lakin indi məlum olub ki, pişiklər bu sahədə daha güclü “terapevt” sayılır.
Musavat.com
12 Oktyabr 2025
11 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ