İnsanlara hürriyət, millətlərə istiqlal!

Millət vəkilləri Qənirə Paşayeva, Fatma Yıldırım, Azərbaycandan və Türkiyədən olan bir qrup ziyalı Bərdədə şəhid ailələri ilə görüşüblər

Millət vəkili, MM Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Bərdə rayonuna səfəri zamanı millət vəkili həmkarı Fatma Yıldırım, Azərbaycandan və Türkiyədən olan bir qrup ziyalı ilə birlikdə Bərdədə terror hadisəsi baş verən əraziləri ziyarət edib.

Musavat.com xəbər verir  ki, 44 günlük müharibə vaxtı, cəbhədən uzaqlardakı mülki əhalini raket atəşinə tutan Ermənistan hərbi-siyasi rəhbərliyinin vandallığı, müharibə cinayətləri onların üzərində əbədi qara ləkədir.

Şəhidlərimizin ruhuna dualar oxuyan millət vəkilləri, ziyalılar şəhidlərin ailələri ilə görüşüb, onlarla geniş fikir mübadiləsi aparıblar.

Mədəniyyət komitəsinin sədri Q.Paşayeva, millət vəkili F.Yıldırım, Azərbaycandan və Türkiyədən olan bir qrup ziyalılar Bərdədə Şəhidlər Xiyabanını ziyarət edərək qəhrəman şəhidlərimizin ruhuna dualar oxuyublar.

Millət vəkilləri və ziyalılar şəhidlərimizin ailə üzvləri ilə də görüşüb, “dövlətimiz və xalqımız hər zaman yanınızdadır” deyiblər.- "Şəhidlərimizin qani yerdə qalmayib, düşməndən ağır intiqam alınıb, torpaqlarımız işğaldan azad olunub.Şuşada, Laçında, Kəlbəcərdə, digər şəhər və rayonlarımızda dalğalanan bayrağımız düşmənə göz dağıdır. Şəhidlərimizin əziz ruhuna əbədi ehtiram borcumuzdur".

MM Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, millət vəkili Fatma Yıldırım şəhid ailələrimizin qayğıları ilə də maraqlanıblar, geniş fikir mübadiləsi olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR