İnsanlara hürriyət, millətlərə istiqlal!

Millət vəkilindən təklif: “Ümumtürk ensiklopediyası işlənsin”

“Ortaq əlifba, dil, tarix və s. ideyaları hər zaman olub. Elmi nöqteyi-nəzərdən ortaq türk tarixinin yazılması o qədər də məntiqli görünmür”.

 Bu fikirləri Musavat.coma- a açıqlamasında millət vəkili Fazil Mustafa Beynəlxalq Türk Akademiyasının Elmi Şurasının Nur-Sultanda keçirilən növbəti 5-ci iclasında təsdiq edilən, Beynəlxalq Türk Akademiyası tərəfindən hazırlanan “Ortaq Türk tarixi”, “Ortaq Türk ədəbiyyatı” və “Türk dünyasının coğrafiyası” dərslikləri ilə bağlı danışarkən bildirib.

O, qeyd edib ki, bu istiqamətdə çoxsaylı araşdırmalar var.: “Məşhur düşüncə adamı, taxirçi Zəki Vəlidi Toğanın “Ümumtürk tarixinə giriş” əsərində məsələyə ümumtürk tarixi kontekstində baxılıb. Ortaq türk tarixi yazmaq həm də ideoloji tarix yazmaq deməkdir. Bu ideoloji tarixdə hansı uzlaşmalar olacaq? Bu uzlaşmanı daha keyfiyyətli, əsaslandırılmış şəkildə gerçəkləşdirmək mümkündürmü? Hesab edirəm ki, hazırda bu qədər rəsmi qaydada mərkəzləşmiş iş aparmaq effekt verməyəcək. Əvvəllər bu ideyanı pozitiv dəyərləndirirdim. İndi isə düşünürəm ki, belə bir tarixin yazılması Azərbaycan yaxud başqa tarixin ideoloji kontekstdə yazılmasına bənzəyəcək. Bu tarix isə bir neçə ildən sonra ciddi elmi əsər kimi qəbul edilməyəcək. Dövlətlərin istədiyi formada ümumtürk tarixinin yazılması effekt verməyəcək. Ümumtürk ensiklopediyasının işlənməsi formatına enerjinin sərf edilməsi daha yaxşıdır. Bütün türk ölkələrini əhatə edən, dəyərləri ehtiva edən, türk dünyası üçün önəmli şəxsiyyətlərin həyatı, əsərləri və s. əhatə edən daha ciddi əsər ola bilər. Gələcəkdə başqa dillərə tərcümə edilərsə, bu, türk dünyasının öyrənilməsi istiqamətində addımların atılmasını stimullaşdıra bilər. Türk tarixi yazıla bilər, amma subyektivizmə görə kiminsə ideoloji əsəri kimi qiymətləndirilməyəcək. İndiki məqamda dövlətlərarası protokol əsasında tarixçilərdən ibarət qrup yaradıb bunu yazmaq effektli sayılmayacaq”.

 Nigar Həsənli,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR