İnsanlara hürriyət, millətlərə istiqlal!

Millət vəkilindən sülhməramlıların çıxarılmasına şərh: “Daha böyük nailiyyətlərimiz olacaq”

 

“Biz Rusiya sülhməramlılarının Cənubi Qafqazın daha dinc və sabit regiona çevrilməsinə töhfə verdiklərini göstərən heç nə görmədik. Bu payızda Qarabağda baş verən hadisələr də bunu göstərir. Bu, Rusiyanın etibarlı müttəfiq və tərəfdaş olmadığına daha bir nümunədir”.

Musavat.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel Qarabağ iqtisadi rayonundan rusiyalı sülhməramlıların çıxarılmasını şərh edərkən bildirib.

Millət vəkili Aydın Hüseynov Musavat.com-a şərhində bildirdi ki, Azərbaycan müstəqil siyasət həyata keçirir: “Hər hansı ölkənin Azərbaycanla bağlı səsləndirdiyi fikir bizim üçün önəmli deyil. Çünki müstəqil siyasətimiz dövlətçiliyimizi və milli maraqlarımızı təmin edir. 23 saatlıq anti-terror tədbirlərinə qədər Ermənistan silahlı birləşmələri Qarabağ ərazisində idi, böyük təhdidlər yaradırdılar. Təxribatlar, mina terroru kimi təhlükələr də mövcud idi. Yəni münaqişə üçün baza var idi. Anti-terror tədbirlərindən sonra Ermənistan ikinci dəfə kapitulyasiyaya uğradı və ordusu ərazidən çıxarıldı. Nəticədə Azərbaycanın suverenliyi bərpa olundu. İşğaldan azad edilmiş ərazilərimizə nəzarəti tam bərpa etmişik. 30 ildə ilk dəfə Azərbaycanın bütün ərazisində prezident seçkisi keçirildi. Bir sözlə, sülh bərqərar olunub. Rusiya sülhməramlılarının əsas missiyası sülh yaratmaq idi. Əgər münaqişə tərəfləri yoxdursa, mənə elə gəlir ki, Rusiya sülhməramlılarının da qalmasına ehtiyac yoxdur. Rusiya sülhməramlıları ərazidə 5 ilə qədərki dövrdə qala bilərdilər. Hesab edirəm ki, həyata keçirilən strategiya öz nəticəsini verir. Bundan sonra daha böyük nailiyyətlərimiz, qələbələrimiz olacaq. Azərbaycan ordusu ərazisini qorumaq iqtidarındadır”. 

 

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR