İnsanlara hürriyət, millətlərə istiqlal!

Millət vəkili Qənirə Paşayevanın vəziyyəti ağır olaraq qalır, müalicə davam edir

Musavat.com xəbər verir ki, millət vəkili Qənirə Paşayevanın vəziyyəti ağır olaraq qalır. Məlum olduğu kimi, o, Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində koma vəziyyətindədir və müalicəsi davam etdirilir. 

Musavat.com 21:45 radələrində Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayevdən xəstənin durumu ilə bağlı məlumat alıb. Kamran Musayev bildirib ki, dəyişən heç nə yoxdur, millət vəkilinin durumu çox ağırdır. Lakin onun müalicəsi davam etdirilir. 

Qeyd edək ki, Qənirə Paşayevanın sağlıq durumu ilə bağlı müxtəlif şayiələr yayılır. Onun dünyasını dəyişməsi haqqında iddialar yazılmaqdadır. Kamran Musayev bu iddiaları təkzib edib. 

 

Musavat.com 

Screenshot_5.png (407 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR