İnsanlara hürriyət, millətlərə istiqlal!

Millət vəkili: "İrəvandakı tarixi mahallarımızla bağlı araşdırmalar aparılmalıdır"

"İrəvan şəhərinin başqa yaşayış massivləri kimi, Təpəbaşı məhəlləsində də azərbaycanlılar həmişə üstünlük təşkil edib, lakin zaman-zaman onların Ermənistandan deportasiya olunub".

Bu fikirləri Qərbi Azərbaycan İcmasının sədri, "Qərbi Azərbaycan yaddaşı" layihəsinin müəllifi, millət vəkili Əziz Ələkbərli “İrəvan şəhərində Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi: Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərin silinməsi” üzrə araşdırmanın təqdimat mərasimində çıxışı zamanı bildirib: "Azərbaycanlılara məxsus tikililər, habelə İrəvan şəhərindəki müsəlman abidələri erməni vandalizminin qurbanına çevrilib. Başqa yaşayış massivləri də vardı ki,izləri silinib. Sovet dövründə 19 mahalın ərazisi Ermənistana verilib. O mahalların hər birində əcdadlarımızın izləri var. 300 məscid, 500 -dən artıq qəbiristanlıq yer üzündən silinib. Ermənilərin fürsət tapıb məhv edə bilmədiyi bütün tarixi mahallarımızla bağlı araşdırmalar aparılmalı,görüntüləri əldə edilməlidir. Son 200 il ərzində ermənilərin törətdiyi bütün vandallıqları dünya ictimayyətinə çatdırmalıyıq. Diaspor təşkilatları, ayrı-ayrı təşkilatlar bu işdə fəal olmalıdırlar".

Nigar Həsənli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR