İnsanlara hürriyət, millətlərə istiqlal!

Mikayıl Cabbarov rekord göstəricidən danışıb

"Dekabrın 15-nə Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmalarının illik məbləği ilk dəfə 15 milyard manatı keçib".

Musavat.com xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov "Twitter"də bildirib.

"Qeyri-neft-qaz sektorundan daxilolmalar isə 7,9 milyard manata çatıb. Qeydə alınan bu rekord göstərici həyata keçirilən mütərəqqi iqtisadi islahatların, səmərəli vergi inzibatçılığı və əlverişli biznes mühitinin təmin edilməsinin, cəmiyyətdə vergi mədəniyyətinin yüksəlməsinin nəticəsidir. Öhdəliyini dürüst yerinə yetirən vicdanlı vergi ödəyicilərinə və Dövlət Vergi Xidmətinin əməkdaşlarına təşəkkürümüzü bildiririk", - deyə o qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR