Onlayn ictimai-siyasi qəzet
“Heç bir vəzifəsi olmayan QHT-çi bir adam Ermənistanı NATO-ya çağırmaqla ölkədə gündəm yaradıb”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli politoloq Hrant Mikaelyan feysbuk səhifəsində yazıb.
“Bütün media, teleqram kanalları və “ekspertlər” Ermənistanın NATO-ya daxil olmasını ciddi müzakirə etməyə başladılar. Ermənistan Xarici İşlər Nazirliyi rəsmi reaksiya göstərib. Təbii ki, Felingerin təxribatı Ermənistanın təhlükəsizliyi üçün transsendent risklər fonunda Paşinyanın eyni təxribatçı müsahibəsinə cavabdır. Əslində Günter Felingerin sözlərinin heç bir mənası yoxdur, NATO Ermənistanı istəmir, müdafiə etməyəcək və onu sıralarına qəbul etməyəcək. Üstəlik, Felinger özü Türkiyəni fəal aktiv şəkildə dəstəkləyir. Bu cür müzakirələrin özü Ermənistanın təhlükəsizliyi üçün son dərəcə təhlükəlidir, lakin indiki iqtidarın atmosferində onlar təmtəraqla çiçəklənir”, - deyə rusiyapərəst politoloq qeyd edib.
Musavat.com
25 Noyabr 2024
08:25 Ermənistan şirkətləri Rusiyaya qızıl ticarətinə qoyulmuş sanksiyadan yan keçməyə kömək edirlər
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ