İnsanlara hürriyət, millətlərə istiqlal!

"MİDA bu dəfə də CANLI YAYIM etmədi və..."

Bu gün Mənzil İnşaatı Dövlət Agentliyinin 4 layihəsində – Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi, Gəncə Yaşayış Kompleksi və Sumqayıt layihəsində yerləşən ümumilikdə 432 mənzilin güzəştli şərtlərlə satışı başa çatıb.

İpoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə “Elektron hökumət” portalı üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə satış prosesinə 16.12.2023-cü il tarixində saat 11:00-da başlanılıb və mənzillərin seçimi qısa müddətdə başa çatıb. 351 mənzilin artıq sifariş ərizəsi təqdim edilib.

Mənzillərin seçimi prosesi Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında yaradılmış operativ qərargahda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və “AzinTelecom” MMC-nin və media nümayəndələrinin iştirakı ilə müşahidə edilib.

Lakin sosial şəbəkələrdə gedən müzakirələrdən belə aydın olur ki, bu dəfə də vətəndaşlar MİDA-nın keçirdiyi onlayn satışdan narazı qalıblar.

osman.jpg (66 KB)

“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz qeyd edib ki, MİDA şəffaflıq və ictimai nəzarət imkanlarını minimuma endirib:

“MİDA bu dəfə prosesi izləmək üçün yalnız dövlət sektorunun iştirakına üstünlük verib. Belə görünür ki, MİDA şəffaflıq və ictimai nəzarət imkanlarını tam minimuma endirib. Yenə də canlı yayım təşkil etməyib. Maraqlıdır ki, bu dəfə ilk mənzilin hansı müddətdə seçilməsi haqqında açıqlama olmayıb. Yenə də seçim prosesinin vahid bir ekrandan deyil, 30-40 ekrandan görüntüsü verilib. Hansı ki, bunun ictimai nəzarət və müşahidə baxımından hər hansı bir əhəmiyyəti yoxdur. Sistemin müstəqil auditinin fəaliyyəti dayandırıldıqdan sonra bu prosesi kimin icra etməsi açıqlanmayıb. Alternativ satışla bağlı hökumətin təşəbbüsləri haqqında məlumatlar yoxdur”.

Qeyd edək ki, gözləmə qaydasında mənzillərin seçimi 19 dekabr tarixində saat 11:00-da başlayacaq və 23 dekabr saat 11:00-dək davam edəcək.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR