İnsanlara hürriyət, millətlərə istiqlal!

Məzahir Pənahovdan xəbərdarlıq

Yeri oldu-olmadı namizədi cəzalandırmaq yolu tutmuruq, xoş məramları heç kəsə sui-istifadəyə şərait yarada bilməz.

Bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, hansı namizəd bilə-bilə vəziyyəti gərginləşdirmək istəyir, onlar haqqında birinci Seçki Məcəlləsinin tələbinə uyğun xəbərdarlıq edilməlidir: “Bu xəbərdarlıq nəinki dairəyə bütün ölkəyə yayılmalıdır. Heç bir namizədin hüququ yoxdur, digər namizədin haqqına girsin. Daxili gərginlik yaratmaq istəyən namizədlərə yol verilməyəcək. Bu, DSK-ların borcudur. DSK-lar hökmən bu məsələlərlə bağlı dəqiq məlumatları bizə çatdırmalıdır. DSK məcəllənin tələbinə uyğun xəbərdarlıq edəndə də yazmalıdır ki, bu cür tədbir bir də keçirilsə, hüquq mühafizə orqanlarına müraciət ediləcək”.//APA

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR