Onlayn ictimai-siyasi qəzet
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçicilərə müraciət edib.
Musavat.com-un xəbərinə görə, Məzahir Pənahov deyib ki, adı hansısa səbəbdən seçici siyahısına düşməyən seçici varsa, o, müraciət etsin.
MSK sədri qeyd edib ki, bu məsələ operativ şəkildə, qanunauyğun şəkildə həll ediləcək: "Biz çalışmalıyıq ki, Azərbaycan ictimaiyyəti seçkilərdə fəal iştirak etsin. Hansısa səbəbdən adı seçici siyahısına düşməyən vətəndaşın səsvermə hüququ təmin olunmalıdır. Biz onu adını seçici siyahısına salmayaraq biz bu hüquqdan məhrum edə bilmərik. İndiyə qədər bununla bağlı bizə şikayət daxil olmayıb. Kimsə məntəqədə səs vermək istəyibsə, ona mane olan olmayıb. Adı seçici siyahısına düşməyən vətəndaşın da səsvermə günü səsvermə hüququ təmin ediləcək”.
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ