İnsanlara hürriyət, millətlərə istiqlal!

Meyiti günlərlə asılmış vəziyyətdə qalmışdı… - Cənubi azərbaycanlı fəalların acı hekayəsi

Ötən əsrin müxtəlif dövrlərində milli kimliyi uğrunda mübarizəyə qalxan minlərlə mütərəqqi düşüncəli soydaşımız İranda rejimin zülmü ilə üz-üzrə qaldı. Edam və həbslərdən canını qurtaranlar Araz çayını keçərək Azərbaycana pənah gətirdilər. Bu gün onların varisləri yaşanan tarixi və acı həqiqətləri unutmur. Ata-babalarının milli ideyalarını bu gün də yaşadır və gələcək nəsillərə ötürürlər.

“AZTV Xəbər”in “Mühacirlər” rubrikasında dar ağacından asılmış Azərbaycan Milli Hökumətinin baş prokuroru, Azərbaycan dilinin fəal müdafiəçisi Firudin İbrahimin məşəqqətli taleyi timsalında Cənubi Azərbaycandan olan fəallara tutulmuş divanlardan söz açılır.

Fəal 1947-ci ildə mayın 23-də 28 yaşında Təbrizdə “Gülüstan” bağının qarşısındakı meydanda şah rejimi tərəfindən edam olunub. Bir neçə gün F.İbrahiminin meyiti orda asılmış vəziyyətdə qalıb. Rejim meyiti ona görə saxlayıb ki, insanların gözünü bu yolla qorxutsun. Bir neçə gündən sonra Təbrizdə fəallar dar ağacından asılmış meyiti gizli şəkildə götürərək məxfi yerdə dəfn ediblər.

Qeyd edək ki, Firudin İbrahim həm də Xalq yazıçısı Mirzə İbrahimovun "Gələcək gün" romanının qəhrəmanıdır.

Cənubi azərbaycanlı fəalların başına gətirilən faciələrlə daha ətraflı süjetdən tanış ola bilərsiniz:

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR