İnsanlara hürriyət, millətlərə istiqlal!

Məxfi sənədlər ortaya çıxdı: Şahzadə Salman ABŞ-a çox qəzəblənib

Ötən aylarda ABŞ və Səudiyyə Ərəbistanı arasında neftin qiyməti ilə bağlı yaşanan problemin ictimaiyyətə məlum olandan daha dərin olduğu iddia edilib.

Musavat.com "Washington Post"a istinadən xəbər verir ki, Ər-Riyad rəhbərliyi Vaşinqtonun qarşı çıxdığı hasilat azaldılmasını kameralar qarşısında diplomatik şəkildə müdafiə etdiyi halda, əslində, Şahzadə Məhəmməd bin Salman “ABŞ-ı iqtisadi bədəl ödəyəcəyi ilə” hədələyib.

Ötən payızda ABŞ-da inflyasiyanın pik həddə çatdığı vaxt prezident Co Bayden neft ixrac edən ölkələrin təşkilatı olan OPEK-də sözü keçən Səudiyyə Ərəbistanını hasilatı artıraraq enerji qiymətlərini aşağı salmağa məcbur etdi. Baydenin xəbərdarlığına baxmayaraq, Ər-Riyad rəhbərliyi “bu qiymət investisiyaların davamlılığı üçün yetərli deyil” deyərək hasilatı azaltmağa qərar verib və qiymətləri yüksəldib.

"Washington Post" yazır ki, sızan Pentaqon sənədləri arasında olan məlumata görə, o zaman ABŞ-ın münasibətindən qəzəblənən vəliəhd Məhəmməd, hətta Vaşinqtonla münasibətləri tamamilə pozmağı belə düşünüb. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR