İnsanlara hürriyət, millətlərə istiqlal!

Metronun “28 May” stansiyasının önünə texnika cəlb edildi - FOTO

Metronun "28 May" stansiyasının qarşısındakı avtomobillərin girişi üçün bağlanan Cəfər Cabbarlı meydanında yenidənqurma işlərinə başlanılır.

Musavat.com Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkədə məlumat paylaşılıb.

Qeyd olunub ki, müvafiq işçi qüvvəsi və texnika artıq əraziyə cəlb edilib.

Ərazidə hansı işlərin görüləcəyi ilə bağlı hələ ki hər hansı açıqlama verilməyib.

Qeyd edək ki, bu meydana avtomobillərin girişi qadağan ediləndə orada asfalt örtüyünün xeyli azaldılacağı, yalnız ictimai nəqliyyatının hərəkətinə icazə veriləcəyi, velozolaqlar salınacağı və ağac əkilərək yaşıllaşdırma işlərinin aparılacağı ilə bağlı məlumatlar yayılmışdı.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR