Onlayn ictimai-siyasi qəzet
İstanbulda metroda səyahət edən bir şəxs 4. Levent iddia etdiyi şəxslə dalaşaraq üzünə tüpürüb.
Milli.Az Türkiyə mətbuatına istinadən bildirir ki, iki vətəndaş arasında naməlum səbəbdən mübahisə düşüb və bir nəfər digərinin üzünə tüpürüb.
Daha sonra hər iki şəxs təpik və yumruq zərbələri ilə bir-biri ilə döyüşüb.
Davanı görən digər dostlar və sərnişinlər işə qarışanda metro qəfildən boks rinqinə çevrilib. Söyüş və hədə-qorxu ilə davam edən davaya digər sərnişinlər də müdaxilə edərək ayırıblar.
Həmin anlar bir sərnişinin telefon kamerası tərəfindən lentə alınıb.
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ