Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, İtaliyanın Baş naziri Corcia Meloni NATO sammitindən sonra verdiyi açıqlamada İsrail-İran müharibəsi ətrafında yaranan beynəlxalq təşəbbüslərə toxunub və digər münaqişələrə də eyni yanaşmanın vacibliyini vurğulayıb.
“Mən NATO sammitində prezident Donald Trampla razılaşdım. İsrail və İran arasında müharibənin qarşısını almaq üçün göstərilən beynəlxalq qətiyyət nümunəvi idi. Lakin bu qətiyyət yalnız bir region üçün deyil, digər iki əsas atəşkəs razılaşmasına – Ukrayna və Qəzza məsələlərinə də şamil edilməlidir”, – deyə Meloni bildirib.
O, həmçinin qeyd edib ki, beynəlxalq ictimaiyyətin selektiv yanaşması qlobal təhlükəsizlik və humanitar hüquq prinsiplərinə ziddir:
“Əgər dünya həqiqətən sülh istəyirsə, bu istəyini Qəzza və Ukraynada da göstərməlidir. Əks halda, beynəlxalq hüquq və dəyərlər sisteminə inam sarsılar”.
Qeyd edək ki, NATO sammitində ABŞ Prezidenti Donald Trampın da bu istiqamətdə diplomatik çağırışlar etdiyi bildirilir. Meloni və Tramp arasında baş tutan qapalı görüşdə Ukrayna cəbhəsindəki vəziyyətin sabitləşdirilməsi və Yaxın Şərqdə müharibənin genişlənməsinin qarşısının alınması müzakirə olunub.
Musavat.com
26 Iyun 2025
25 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ