Onlayn ictimai-siyasi qəzet
"Şükür, mənim üçün də bu ağır günlərin sonu xeyirlə başa çatdı. Artıq yavaş-yavaş bərpa oluram."
Musavat.com xəbər verir ki, bu sözləri aktyor Vüsal Murtuzəliyev sosial media hesabında yazıb. Səhhəti yaxşılaşan aktyor bir müddət telefon və internetdən uzaq durmalı olduğunu bildirib:
“Həkimin tövsiyəsiylə telefondan, internetdən bir müddət maksimum uzaq durmalıyam. Sadəcə narahatlığınızı anlayıb bu paylaşımı etməyə özümə borc bildim. Ölüm qaşla göz arasındadır. Özümə qarşı laqeyd yanaşırdım. Bəlkə də bu bir xəbərdarlıq idi ki, məni silkələdi. Təbii ki, bundan sonra sağlamlığımla bağlı çox şeyi dəyişməli olacağam”.
Qeyd edək ki, həkim müayinəsindən sonra Vüsal Murtuzəliyevə dəqiqləşdirilməmiş beyindaxili qansızma diaqnozu təyin edilmişdi.
O, Əməkdar artist Dilarə Əkiyevanın qardaşıdır.
Könül
Musavat.com
26 Iyun 2025
25 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ