İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron yenidən silahlanmaya xərclərin artmasını Rusiya təhlükəsi ilə izah edib

NATO-ya üzv olan Avropa ölkələri mövcud Rusiya təhlükəsi səbəbindən yenidən silahlanmaya xərcləri artırmalıdır.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron NATO sammitindən sonra jurnalistlərə açıqlamasında deyib.

"Biz hamımız yenidən silahlanmaya üz tuturuq, çünki sərhədlərimizdə təhlükə mövcuddur. Biz istəyirik ki, müharibə (Rusiya və Ukrayna arasında) avropalıların əsas narahatlığı olaraq qalsın. Bu, uzunmüddətli yenidən silahlanmaya haqq qazandırır", - Makron bildirib.

Fransa lideri vurğulayıb ki, Avropa müdafiəyə daha çox pul xərcləməli və öz təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Iyun 2025

25 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR