İnsanlara hürriyət, millətlərə istiqlal!

Serbiyada hökuməti zorla devirmək cəhdinin qarşısı alınıb

Serbiyanın Daxili İşlər Nazirliyinin əməkdaşları Təhlükəsizlik və İnformasiya Agentliyinin (BİA) dəstəyi və Belqrad Ali Prokurorluğunun tapşırığı ilə konstitusiya quruluşunun zorakılıqla devrilməsini hazırlamaqda şübhəli bilinən 6 nəfəri saxlayıblar.

“Report” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqın məlumatına görə, iyunun 21-də saxlanılan şəxslər Kralyevo şəhərindəki oteldə görüşüb və Serbiyada hakimiyyətin zorakılıqla dəyişdirilməsi planını müzakirə ediblər.

Onlar odlu silahdan istifadə etməklə dövlət qurumlarının nümayəndələrinə hücum etmək, polis əməkdaşlarını tərksilah etməyə cəhd etmək, hökumət binalarına, digər dövlət qurumlarına, habelə Serbiya Radio və Televiziyasının (RTS), Happy TV kanalının və İnformer portalının redaksiyalarına soxulmaq niyyətində olublar.

Şübhəlilərdən birinin avtomobilinə baxış zamanı seriya nömrəsi silinmiş tapança, içərisində 7 ədəd patron olan maqazin və 25 ədəd əlavə patron olan qutu aşkar edilib.

Onun barəsində də qanunsuz silah və partlayıcı maddələrin saxlanması və daşınması ilə bağlı iş açılıb. Saxlanılan digər şəxsdən isə arbalet götürülüb.

Saxlanılan şəxslər barəsində 48 saata qədər həbs qətimkan tədbiri seçilib, bundan sonra onlar müvafiq maddələrlə prokurorluq orqanlarına aparılacaqlar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Iyun 2025

25 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR