İnsanlara hürriyət, millətlərə istiqlal!

Mətbuat Şurası İdarə Heyətinin iki üzvü millət vəkili oldu

 

Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar parlament seçkilərinin ilkin nəticələrini ictimaiyyətə təqdim edib.

Musavat.com xəbər verir ki, mövcud siyahıya görə Mətbuat Şurasının İdarə Heyətinin iki üzvü- Elçin Mirzəbəyli və Vüqar Rəhimzadə deputat seçilib.

"Azərbaycan çox müasir enerji sisteminə malikdir" - Vüqar Rəhimzadə

6 Saylı Ordubad-Culfa Seçki Dairəsindən namizədliyi irəli sürülən Vüqar Rəhimzadə 67.1 faiz səslə öndədir.

90 Saylı Ağsu Seçki Dairəsindən namizədliyi irəli sürülən Elçin Mirzəbəylinin isə 51.5 faiz səsi var.

Musavat.com bildirir ki, Vüqar Rəhimzadə Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, "İki sahil" qəzetinin baş redaktoru, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, Siyasi elmlər doktoru, professor, Bakı Slavyan Universitetinin "Jurnalistika" kafedrasının müdiridir. O, Milli Məclisin 2-ci çağırış deputatı olub.

Elçin Mirzəbəyli Azərbaycan Respublikasının Əməkdar jurnalisti, şair, siyasi ekspert, Ədalət, Hüquq, Demokratiya Partiyasının sədr müavinidir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR