İnsanlara hürriyət, millətlərə istiqlal!

Meta-da kütləvi ixtisarlar Zukerberqə inamsızlığı artırıb

Meta komandasında kütləvi ixtisarlar fonunda mənəvi böhran baş verir və şirkətin təsisçisi Mark Zukerberqə etimadsızlıq artır.

Musavat.com xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti əməkdaşların anonim açıqlamalarına istinadən yazır.

Materialda qeyd olunur ki, şirkət əvvəllər də böhran dövrləri ilə üzləşib, lakin rəhbərlik həmişə öz gələcəyinə inamını qoruyub.

Hazırda söhbət işdən çıxarılan on minlərlə işçidən və qeyri-müəyyən perspektivlərdən gedir. Meta-nın çətinlikləri arasında “meta kainat”a investisiyanın aşağı gəlirliliyi və geosiyasi qeyri-sabitlik və faiz artımı səbəbindən ümumilikdə İT sferasına mənfi təsir göstərib.

Zukerberq şirkəti iqtisadi reallıqlara uyğunlaşdırmaq üçün ilk növbədə işçilərini ixtisar etməklə xərcləri azaltmağa qərar verib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR