Onlayn ictimai-siyasi qəzet
Türkiyəli tanınmış aktyor Zafer Alagöz müğənni-aparıcı Seren Serengilin onu məhkəməyə verəcəyinə münasibət bildirib.
Zafer Alagöz bu sözləri deyib:
"Mən boş şeylərlə məşğul olmuram. Əksinə mənə təşəkkür etməlidir. Deməlidir ki, atamın xatirəsini yaşadırsınız. Öztürk Serengilin İsveçdə iki oğlu var. Onlar mənə mesaj yazaraq təşəkkür edirlər. Yazdığım kitablar da Sadri Alışık, Kamal Sunal haqqındadır. Niyə onun uşaqları ayağa qalxıb belə bir söz demirlər?"
Qeyd edək ki, Seren Serengil aktyor haqqında "Daim atamın xatirələrini, zarafatlarını danışır, bundan pul qazanırlar. Hətta Zəfər Algöz çap etdirdiyi kitabın adına atamın sitatını da daxil edib. Bundan pul qazanırlar. Atamın haqqını kimsəyə vermərəm. Belə davam edərsə, vəkilimə göstəriş verməyi və müəllif hüquqları ilə bağlı məhkəməyə müraciət etməyi düşünürəm", - demişdi. (Teleqraf.com)
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ